
İngiltərə millisi Dünya Kubokunun üçüncü yer uğrunda matçında Fransa millisini 6-4 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, ooyun Mayamidə baş tutub.
Qələbə qollarını Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87) və Cud Bellinqem (90+8) vurub. Məğlubların qollarını isə Kilian Mbappe (48, 66), Bredli Barkola (54) və Usman Dembele (90+6) reallaşdırıb.
Harri Keyn bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. Cud Bellinqem isə yalnız 80-ci dəqiqədə meydana çıxıb.
Mbappe bu matçda iki qol vurmaqla 2026-cı il Dünya Kubokunda qollarının sayını 10-a çatdırıb qol yarışında Lionel Messini geridə qoyub. Argentinalı hücumçu 8 qol vurub, ancaq İspaniya ilə son matçda qollarının sayını artırmaq imkanı olacaq.
İngiltərə və Fransa milli komandalarınin bu oyunu Dünya Kubokunda üçüncü yer uğrunda ən çox qol vurulan ikinci oyun kimi tarixə düşüb. Bundan əvvəl 1958-ci ildə oxşar qarşılaşmada fransızlar Almaniya Federativ Respublikasını 6-3 hesabı ilə məğlub ediblər.
İngiltərə tarixində ikinci dəfə Dünya Kubokunda medal qazanıb. 1966-cı ildə komanda doğma meydanda turnirin qalibi olub. Bununla da İngiltərə 60 illik sükutu pozub. Bu turnirdə İngiltərə qrupda birinci yeri tutaraq Uruqvay, Meksika və Fransanı məğlub edib. İngiltərə 1/4 finalda Argentinaya (1:0), yarımfinalda Portuqaliyaya (2:1) və finalda Almaniya Federativ Respublikasına (əlavə vaxtda 4:2) qalib gəlib.
Fransızlar isə ikiqat dünya çempionudurlar (1998, 2018). Komanda həmçinin hərəyə iki dəfə gümüş (2006, 2022) və bürünc (1958, 1986) medal qazanıb.
Qeyd edək ki, turnirin finalı bu gün keçiriləcək və Argentina və İspaniya üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, hazırkı turnir çempionu olan Argentina, əvvəlki Dünya Kubokunun final matçında Fransanı penaltilərlə məğlub etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz