ABŞ üçün Rusiya ilə Çinin fərqi nədir? – O açıqladı


“Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malikdir, halbuki Rusiyanın iqtisadiyyatı təxminən mənim doğma ştatım olan Texasın iqtisadiyyatı qədərdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff deyib.
“Rusiya hansı sahələrdə rəqabət aparacağını seçmək məcburiyyətindədir, lakin Çin bizimlə bütün istiqamətlərdə rəqabət aparır. Əgər Çin bizə qarşı texnoloji üstünlük əldə etsə, bu, ciddi problemə çevriləcək. Biz bunun baş verməsinə imkan verə bilmərik”, – deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya Ukrayna ərazisinin 20 faizinə nəzarət edir:
“18 ay əvvəl MKİ direktoru vəzifəsinə başlayanda Rusiya Ukrayna ərazisinin 19 faizini nəzarətdə saxlayırdı. Onların irəliləyiş tempi dayanıb, çünki Ukrayna pilotsuz uçuş aparatlarından istifadə edilən müharibə və asimmetrik taktika sahəsində yüksək səviyyədə bacarıq nümayiş etdirir.
Hazırda döyüş bölgəsinə çatan rusiyalı yeni çağırışçının orta ömür müddəti 20-30 dəqiqə hesab olunur. Bunun səbəbi süni intellektlə işləyən pilotsuz uçuş aparatlarının ixtisaslaşmış, ucuz və ölümcül vasitələrə çevrilməsidir”.

DİGƏR XƏBƏRLƏR

Top