Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb – Rəsmi


Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” – XİN-in məlumatında deyilir.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Mülki ticarət gəmisinin heyətindəki 10 nəfər daha əvvəl Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Azərbaycana yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Top