Ötən il Rusiyada ən çox qaçırılan avtomobillər

2016-cı ildə Rusiyada ən çox oğurlanan avtomobil modellərinin adları məlum olub. “Yeniavaz.com”un “Life.ru”ya istinadən verdiyi məlumata görə, ötən il Rusiyada ən çox “Toyota Camry” modeli qaçırılıb. Statistika Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi və “Soqlasie” sığorta şirkətinin məlumatına əsasən hazırlanıb. “Camry”, həmçinin avtomobil satışında liderdir. Bu modelin təkrar satışı da yaxşı gedir və onun ehtiyat hissələri daha çox istifadə edilir. Ən çox qaçırılan avtomobillərin siyahısında ikinci və üçüncü yerləri müvafiq olaraq “Hyundai Solaris” və “Kia Rio” tuturlar. Koreya istehsalı maşınları daha çox taksi kimi fəaliyyət göstərmək üçün oğurluyurlar. Ekspertlər qeyd edirlər ki, qaçırılan avtomobil adətən təkrar satılmır, bunun əvəzinə hissələrə bölünür. Bununla belə, əksər ehtiyat hissələri taksomotor şirkətlərin avtomobil parklarına daxil olur.

DİGƏR XƏBƏRLƏR

Top