
1-ci ordu korpusunun sabiq komandiri general-mayor Hikmət Həsənov uzun müddət sonra ictimaiyyət qarşısına çıxıb.
Yeniavaz.com xəbər verir ki, general Milli Müdafiə Universitetində (MMU) keçirilən “Qərargah zabiti kursu”nun məzun günündə iştirak edib, məzunlara sertifkat təqdim edib.
Universitetin rəsmi sosial media hesabında tədbirdən fotolar dərc olunub.
Qeyd edək ki, H.Həsənov 2014-2021–ci illərdə 1-ci ordu korpusunun komandiri olub. O, hazırda MMU rektorunun müavini vəzifəsindədir.

Tətbiqimizi yükləyə bilərsiniz