İran ABŞ ilə imzalanan memorandumdakı öhdəliklərini dayandırıb


İran hakimiyyəti 18 iyun 2026-cı ildə imzalanmış ABŞ ilə münaqişənin həlli haqqında memorandum çərçivəsində öhdəliklərini dayandırıb.
Yeniavaz.com
“Tasnim” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
“Biz öhdəliklərimizi dayandırmışıq; hazırda onları yerinə yetirmirik və ölkəni müdafiə etməklə məşğuluq”, - deyə diplomat bildirib.
Qeyd edək ki, ABŞ-İran münaqişəsi iyulun 8-dən etibarən ABŞ-nin İrana hücumları nəticəsində yenidən intensiv hal alıb. Belə ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İslam Respublikası ərazisinə bir neçə zərbə endiriblər.
ABŞ bu zərbələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq etdiyini açıqlayıb. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top