Özgür Özəlin bu tarixdə CHP-dən istefa verəcəyi iddia olunur


Türkiyənin aparıcı müxalifət partiyası Cünhuriyyət Xalq Partiyasının (CHP) seçilmiş sədri Özgür Özəlin partiyasından istefa verəcəyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilib ki, Ö. Özəl iyulun 21-də keçirilməsi nəzərdə tutulan parlament qrupu iclasında partiyadan istefa verəcək.
Qeyd olunur ki, Özəl, həmçinin sözügedən iclasda quracağı yeni bir partiya ilə bağlı konkret mesajlar verəcək.
Xatırladaq ki, bu ilin aprel ayında məhkəmə CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Bundan sonra Özgür Özəl və tərəfdarları CHP-dən ayrılaraq yeni siyasi partiya qurmaq fikrini müzakirə etməyə başlayıblar. Bir neçə gün əvvəl isə yeni yaradılacaq partiya ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

DİGƏR XƏBƏRLƏR

Top