
İranın yeni ali lideri Müctəba Xameneinin ilk beynəlxalq əlaqəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və ya görüşü ola bilər.
Yeniavaz.com xəbər verir ki, bunu iranlı mənbə TASS-a bildirib.
“Rusiya bizə yaxın bir ölkədir və Zati-aliləri Vladimir Putin İslam Respublikasının yaxın dostudur. Və bəlkə də ilk zəng və ilk görüş Prezident Putinlə olacaq. Lakin hazırda hərbi vəziyyət və təhlükəsizlik mülahizələrinə görə o (İranın Ali Lideri Müctəba Xamenei – red.) ictimaiyyət qarşısına çıxmır”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, Müctəba Xamenei atası Əli Xameneinin ABŞ və İsrailin İslam Respublikasına raket zərbələri nəticəsində ölümündən sonra İranın ali lideri olub.
Tətbiqimizi yükləyə bilərsiniz