
Argentina futbol millisinin kapitanı Lionel Messi, 2007-ci ildə Lamin Yamalı çimdirərkən çəkilmiş şəkli “inanılmaz” adlandıraraq, 2026-cı il dünya çempionatının finalından əvvəl ispaniyalı hücumçunu tərifləyib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə FIFA-nın təşkil etdiyi “Fan Fest” tədbirində danışıb.
“Bu şəkil inanılmazdır. Mən onunla körpə olanda şəkil çəkdirmişdim... İndi ikimizin Dünya Kubokunda final oynamağımız dəlilikdir”, - Messi bildirib.
Argentinalı superulduz Lamin Yamalı hazırda dünyanın ən yaxşılarından biri hesab etdiyini deyib:
“O, möhtəşəm oyunçudur... Qlobal ulduzdur. Onun 19 yaşı var və bütün karyerası qabaqdadır. Ona ən yaxşısını arzulayıram, amma bu dəfə çempion olmaması üçün əlimizdən gələni edəcəyik. Ona uğurlar arzulayıram, çünki onun uğuru “Barselona”nın uğuru olacaq. Biz onun ən yaxşı oyununu göstərməsinin qarşısını almağa çalışacağıq. Amma təkcə onun yox, çünki İspaniyanın əla komandası var. Bizim də öz “silahlarımız” var”.
Qeyd edək ki, sözügedən şəkil yerli “Sport” qəzeti və UNICEF tərəfindən “FC Barcelona” stadionunda hazırlanmış xeyriyyə təqviminin bir hissəsi kimi çəkilib.
Tətbiqimizi yükləyə bilərsiniz