Ukrayna “Wildberries”in anbarını vurdu: Dəhşətli yanğın – Video


Ukrayna ordusu Rusiyada növbəti dron əməliyyatının keçirib.
Yeniavaz.com
xəbər verir ki, əməliyyat çərçivəsində Rusiyanın ən böyük onlayn ticarət platforması “Wildberries”in Tambov vilayətinin Kotovsk şəhərində yerləşən anbarı vurulub.
Hücumdan sonra anbarda şiddətli yanğın meydana gəlib.
Bildirilir ki, yanğının tüstüsü 50 kilometr məsafədən görünüb.
“18 iyul gecəsi Ukraynanın Kotovskdakı “Wildberries” anbarına endirdiyi zərbələr nəticəsində 25 nəfər yaralanıb. Yaralılardan 23-ü Kotovsk və Tambov şəhər xəstəxanalarına, eləcə də regional xəstəxanaya yerləşdirilib. Gecə növbəsində işləyən yeddi nəfər hadisə yerində ölüb”, - şirkətin təsisçisi Tatyana Kim bildirib.
Hadisə yerindən kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top