ABŞ və İran arasında qarşıdurma bu gün də davam edib


18 iyul səhəri ABŞ qırıcı təyyarələr də daxil olmaqla, İranın mərkəzi və cənubunun bir neçə hissəsinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İrana ardıcıl yeddinci gecə zərbələr endirilib. Zərbələr Ali Baş Komandanın göstərişi ilə İranın hərbi imkanlarını daha da zəiflətmək məqsədi daşıyır”, - məlumatda deyilir.
Təxminən altı saat yarım sonra, səhər saat 5-də Mərkəzi Komandanlıq hücum dalğasının başa çatdığını elan edib.
Bildirilib ki, İranda müşahidə məntəqələrinə, hərbi logistika infrastrukturuna, yeraltı silah anbarlarına və dəniz obyektlərinə zərbələr endirilib.
İran da cavab tədbirləri çərçivəsində Fars körfəzindəki ABŞ müttəfiqlərinə hücumlarını davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top