Binəli Yıldırım: Ərdoğan Türkiyənin kapitanı oldu

Türkiyədə rejim mübahisələrinə 1923-cü ildə son qoyuldu. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım konstitusiya dəyişiklikləri təklifinin ölkədə rejim dəyişikliyinə yol açacağına dair fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, millət 1923-cü ildə qərarını verdikdə sonra padşahlıq getdi, əvəzində cümhuriyyət gəldi: “Cümhuriyyətin nemətlərindən hər kəs istifadə edir. İnsanlar arasında təbəqə fərqi yoxdur. Millət kimi istəyirsə onu da seçir. Məsələn, Kasımpaşadan Əhməd Kaptanın oğlu Rəcəb Tayyib Ərdoğan Türkiyənin kapitanı oldu. Demokratiyada hər kəsə imkan verilir”. Baş nazir konstitusiya dəyişiklikləri ilə bağlı referendumun aprel ayının ilk yarısında, 20-nə qədər uyğun tarixdə keçiriləcəyini deyib: “Fikrimcə, bu həftə ərzində yekun tarix açıqlanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top