Zelenski Xmaranın yerinə Pokladı təyin etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Pokladı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) müvəqqəti rəhbəri təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı fərman imzalayıb.
Qeyd edək ki, SBU-da general-mayor rütbəsinə sahib olan Poklad, təyinatdan öndə Xidmətin əks-kəşfiyyat idarəsinə rəhbərlik edib.
Xatırladaq ki, ötən gün Zelenski UTX-nin rəhbəri Yevgeni Xmaranı Müdafiə Naziri vəzifəsini müvəqqəti icra edən təyin edib.
 

DİGƏR XƏBƏRLƏR

Top