
Endi Bernem Böyük Britaniya Leyboristlər Partiyasının yeni lideri olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə partiyanın Milli İcraiyyə Komitəsinin rəhbəri Şabana Mahmud Böyük Britaniyadakı hakim partiyanın xüsusi konfransında bildirib.
Konfrans “Sky News” telekanalında canlı yayımlanıb.
Leyboristlər Partiyası hakimiyyətdə olduğu üçün 56 yaşlı siyasətçi Kir Starmerin istefa qərarından sonra baş nazir vəzifəsini icra edəcək.
“Dauninq strit”də lider dəyişikliyi iyulun 20-də baş tutacaq.
Qeyd edək ki, Leyboristlər Partiyasının liderliyinə namizədlik müddəti 15 iyulda başa çatıb. Lakin Böyük Mançesterin keçmiş meri Bernemdən başqa heç kim namizəd kimi iştirak etməyib.
O, 403 Leyborist millət vəkilindən 369-nun və partiyanın nəzdindəki bütün həmkarlar ittifaqlarının dəstəyini qazanıb. Beləliklə, o, Leyboristlər Partiyasının rəqibsiz lideri olub.
Tətbiqimizi yükləyə bilərsiniz