
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında taxdığı kapitan sarğısı hərracda 512 min dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Maradona bu kapitan sarğısını İngiltərəyə qarşı 1/4 final matçında (2-1) taxıb. Həmin oyunda argentinalı iki qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz