Türkiyədə Trampa qarşı sui-qəsd iddiaları barədə araşdırmanın nəticələri açıqlandı


Türkiyənin kəşfiyyat orqanları ABŞ Prezidenti Donald Trampın 7-8 iyul tarixlərində NATO sammiti üçün Ankaraya səfəri zamanı ona qarşı sui-qəsd cəhdinin planlaşdırıldığına dair heç bir əlamət aşkar etməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portal mənbələrə istinadla məlumat yayıb.
Belə ki, bundan əvvəl “The Wall Street Journal” (WSJ) İsrail kəşfiyyat xidmətlərinin ABŞ-yə İranın Ankarada Trampa qarşı sui-qəsd hazırladığını iddia edən məlumat ötürdüyünü bildirib. Bütün halları araşdırdıqdan sonra Türkiyənin kəşfiyyat orqanları Trampa qarşı heç bir sui-qəsd planının hazırlanmadığı qənaətinə gəlib.
Buna baxmayaraq, İsrailin bu məlumatı ABŞ-nin kəşfiyyat orqanlarını ABŞ Prezidentinin mühafizəsi üçün əlavə təhlükəsizlik tədbirləri görməyə sövq edib. Trampın təyyarəsinin Türkiyədən qalxdıqdan sonra istiqamətini dəyişdirməsinə səbəb olan da məhz bu məlumat olub.
Daha sonra WSJ mənbələrə istinadla ABŞ rəsmilərinin Tehrandan Trampa qarşı sui-qəsd təhdidi ilə bağlı İsrail məlumatını etibarlı hesab etmədiklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top