
ABŞ-nin İrana endirdiyi son zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Kermanpur sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində yaralananların sayı 400-ü keçib.
Rəsmi məlumata görə, 3 qadın həlak olub, 22 qadın yaralanıb, 18 yaşdan kiçiklər arasında isə bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində son gərginlik 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İslam Respublikası ərazisinə bir neçə zərbə endiriblər. Bu hücumların Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq edildiyi bildirilir. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz