Aya “səyahət edən” Sovet bayrağı hərracda satıldı


Amerikalı astronavt Bazz Oldrinin 1969-cu ilin iyul ayında “Apollo 11” missiyası zamanı Aya apardığı miniatür Sovet bayrağı “Sotheby's” hərrac evində 102 min 400 dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərrac evinin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, lotun yekun qiyməti mütəxəssislərin ilkin qiymətləndirmələrini xeyli üstələyib.
Təxminən 10x15 sm ölçüdə olan bayraq Oldrinin “Columbia” komanda modulunun göyərtəsindəki şəxsi kolleksiyasında tapılıb.
“Sotheby's” hərrac evinin qeyd etdiyi kimi, astronavt diplomatik bir jest və Aya enişin bütün bəşəriyyət üçün bir nailiyyət olduğunun əlaməti olaraq Sovet simvolunu öz inventarına daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top