Tramp Dünya Kubokunun finalında iştirak edəcək – Ağ Ev


ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda FIFA şərəfinə qəbul təşkil etməyi və eyni zamanda Dünya Kubokunun finalında iştirak etməiy planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“Cümə günü prezident Manhettendəki “Trump Tower”də keçiriləcək FIFA qəbulunda iştirak etmək üçün Nyu-Yorka gedəcək. Daha sonra o, bazar günü İspaniya və Argentina arasında keçiriləcək FIFA Dünya Kubokunun finalında iştirak edəcək”, - deyə o, jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Qeyd edək ki, Argentina iyulun 19-da Dünya Kubokunun finalında İspaniya ilə qarşılaşacaq. Argentina kuboku üç dəfə qazanan hazırkı dünya çempionudur. Dünya Kubokunun finalı Nyu-Cersi ştatında “Metlife” stadionunda keçiriləcək. Daha əvvəl xəbər verildiyi kimi, kuboku qalibə Tramp təqdim edəcək.

DİGƏR XƏBƏRLƏR

Top