
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi xarici jurnalistlər, tələbələr və mübadilə proqramları iştirakçıları üçün viza qaydalarını dəyişərək, onların ölkədə qalmasını konkret bir müddətlə məhdudlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Federal Reyestrdə (ABŞ hökumətinin rəsmi sənədlər toplusu) dərc olunmuş bildirişdə məlumat dərc olunub.
Sənədə görə, Amerika hakimiyyəti hesab edir ki, qayda dəyişikliyi onlara əlavə nəzarət imkanı verəcək, həmçinin, vizalardan sui-istifadə hallarının qarşısını almağa kömək edəcək.
Xarici jurnalistlər, tələbələr və mübadilə proqramları iştirakçıları müvafiq olaraq I, F və J vizaları alırlar. Əvvəlki qaydalara əsasən, bu sənədlər, məsələn, şəxs xarici media orqanında işləməyə və ya ABŞ universitetində təhsil almağa davam etdiyi, həmçinin giriş məqsədləri və şərtləri yerinə yetirildiyi müddətdə ABŞ-də qalmağa imkan verirdi. Buna görə də, indiyə qədər bu vizaların sabit etibarlılıq müddəti yox idi.
Yeni qaydaya əsasən, xarici jurnalistlər işləmək üçün ABŞ-yə maksimum 240 gün müddətində daxil ola biləcəklər və zərurət yarandıqda qalma müddətini uzatmaq imkanı əldə edə biləcəklər. Çin vətəndaşları üçün təklif olunan məhdudiyyət isə 90 gündür. Beynəlxalq tələbələr və mübadilə proqramları iştirakçıları təhsil və ya mübadilə proqramları müddətində, lakin dörd ildən çox olmamaq şərtilə ölkədə qala biləcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz