İsrail Knesseti özünü buraxdı


İsrail Knesseti (parlament) növbədənkənar parlament seçkilərindən əvvəl qanunverici orqanın buraxılmasını nəzərdə tutan qanun qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Qəbul edilmiş sənədə əsasən, Knesset öz işini başa vuracaq və iyulun 17-də tətilə çıxacaq.
Parlament seçkilərinin nəticələrinə əsasən, yeni tərkib formalaşdıqdan sonra fəaliyyətini bərpa edəcək.
Qanun ikinci və üçüncü oxunuşlarda qəbul edilib. 120 deputatdan 62 deputat qanunun lehinə səs verib. Əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Qeyd edək ki, İsraildə növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.
Xatırladaq ki, hazırkı, 25-ci parlament 1988-ci ildən bəri tam dörd illik müddətə xidmət edən ilk parlamentdir. Əvvəlki bütün parlamentlər vaxtından əvvəl buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top