Neymar 23 milyon dollara yaxta aldı – Foto


Braziliya millisinin futbolçusu Neymar 2026-cı il Dünya Kubokunda mübarizəni dayandırdıqdan sonra 23 milyon dollara yaxta alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TyC Sports” idman telekanalı məlumat yayıb .
Məlumata görə, yaxta Rio-de-Janeyro ştatındakı Anqra dos Reys şəhərində yerləşir. Yaxtanın altı lüks kabini və müxtəlif istirahət məkanları var. Üst göyərtədə isə vertolyot meydançası yerləşir. “Enejota” adlanan yaxtanın uzunluğu 46 metr, sahəsi 800 kvadrat metrdən çoxdur. Yaxta hər biri 1450 at gücünə malik dörd mühərriki sayəsində saatda 37 kilometrə qədər sürətə çata bilir.
Ancaq bu, braziliyalının əldə etdiyi ilk lüks mülk deyil. O, həmçinin eksklüziv şəxsi təyyarələr və “Betmobil”in dəqiq surəti də daxil olmaqla ekzotik avtomobillər parkına, dünyanın müxtəlif yerlərindəki mülklərə və lüks saatlara malikdir.
Qeyd edək ki, Braziliyanın 2026-cı il Dünya Kubokundakı mübarizəsi 1/8 finalda Norveçə 2-1 hesabı ilə məğlub olduqdan sonra başa çatıb. Norveçin qollarını 79-cu və 90-cı dəqiqələrdə Erlinq Holan vurub. Zədə ilə əlaqədar Dünya Kubokunun ilk iki oyununu buraxan Neymar 67-ci dəqiqədə əvəzedici heyətdə meydana daxil olub. O, 90+10-cu dəqiqədə penaltini qola çevirsə də, bu, komandasını xilas etmək üçün kifayət etməyib.

DİGƏR XƏBƏRLƏR

Top