
Sloveniyalı hakim Slavko Vinçiç Dünya Kuboku finalının baş hakimi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat yayıb.
Bildirilib ki, 46 yaşlı referiyə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Adham Mahadme yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə onun həmyerlisi Məhəmməd Əl-Kalaf olacaq.
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bu qərarı açıqladıqdan sonra Vinçiç göz yaşlarını saxlaya bilməyib.
Həmin anları əks etdirən kadrlar sosial mediada yayılıb.
Qeyd edək ki, 46 yaşlı Vinçiç 2010-cu ildən bəri FIFA sertifikatlı hakimdir. O, 2024-cü il Çempionlar Liqasının finalını idarə edib və hazırkı Dünya Kubokunda dörd oyunda baş hakimlik edib.
Xatırladaq ki, İspaniya-Argentina finalı iyulun 19-da Nyu-Yorkda keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz