Bu gecə ABŞ və İran orduları hansı əməliyyatları keçiriblər?


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun İrana daha bir zərbə seriyasını həyata keçirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İranın sahil müşahidə və hava hücumundan müdafiə obyektlərinə, hərbi logistika infrastrukturlarına və dəniz qüvvələrinə zərbələr endirib.
Komandanlığın məlumatına görə, CENTCOM Şərq vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00) başlayan İrana sonuncu böyük zərbələr dalğasını Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 5:40) tamamlayıb.
ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecədir ki, İranın hərbi potensialını daha da zəiflətmək üçün bu ölkəyə əməliyyatlar həyata keçirir.
CENTCOM-un məlumatına görə, ABŞ ordusu hücumlarda qırıcı təyyarələrdən, PUA-lardan, hərbi gəmilərdən və dəqiq idarə olunan sursatlardan istifadə edib.
Hücum zamanı ABŞ ordusu İranın Bəndər Xomeyni şəhərinə zərbə endirib. Məlumata görə, hücum nəticəsində Bəndər Abbas və Lars şəhərlərini birləşdirən körpüyə ziyan dəyib. Ümumilikdə, ABŞ ordusu Bəndər Xomeyni şəhərində beş körpüyə zərbə endirib.
Digər tərəfdən, İranşəhr hava limanı ABŞ qırıcı təyyarələrinin raket zərbəsinə məruz qalıb. Yaxınlıqdakı ərazinin sakinləri üç partlayış səsi eşidiblər. Hava limanının infrastrukturuna dəyən ziyan və ya itki barədə məlumat verilməyib.
ABŞ ordusu həmçinin İranın Bəndər Abbas limanındakı dəmir yolu qovşağına hücum edib. İranın liman şəhəri Bəndər Lənqə də Amerika Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalıb.
Öz növbəsində İran ordusu Bəhreyndə ABŞ helikopterlərinin və kəşfiyyat təyyarələrinin yerləşdiyi ABŞ aviabazasına PUA-larla zərbələr endirib. Həmçinin, İran ordusu  Küveytdəki ABŞ qüvvələrinə və hərbi logistika mərkəzlərinə hücum edib.
Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada yerləşən ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə zərbə endirib. Zərbə nəticəsində düşmənin radar stansiyası və helikopterləri məhv edilib.
SEPAH həmçinin Yaxın Şərqdəki ABŞ hədəflərinə cavab hücumları çərçivəsində Omandakı iki ABŞ hərbi radarını vuraraq məhv edib.  
Hücumlar İrandakı Amerika qoşunlarının hərəkətlərinə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşı “İldırım” əməliyyatının on ikinci mərhələsinin bir hissəsi olaraq həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top