
Timur Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən azad edilib.
Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
Sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.
Tkaçenko bu vəzifəni 2024-cü ildən tutur. Bundan əvvəl o, Kiyev meriyasında işləyib.
2023-cü ilin avqustunda Ukrayna Prezidentinin Fərmanı ilə o, Ukraynanın Strateji Sənaye Məsələləri nazirinin müavini, 2024-cü ilin sentyabrında isə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı nazirinin müavini vəzifələrinə təyin edilib.
Medianın məlumatına görə, bu vəzifəni Ali Radanın keçmiş deputatı Oleq Lyaşko tuta bilər.
Qeyd edək ki, əslən azərbaycanlı olan Teymur Tkaçenko 18 avqust 1989-cu ildə Kiyevdə anadan olub.
O, Ukraynadakı Azərbaycan diasporunun fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi əslən Azərbaycanın Şəmkir şəhərindən olan mərhum Firudin Məmmədovun oğludur.
Tətbiqimizi yükləyə bilərsiniz