Saxlanılacağı ilə bağlı qərara belə reaksiya verdi – Video + Yenilənib


Bu gün saxlanılan Oğuzhan Uğurun onu saxlamağa gələn polislərlə dialoqunun kadrları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntüləri “A Haber” yayıb.
Kadrlarda polis əməkdaşı Uğura evində axtarış aparılacağını və daha sonra saxlanılacağını bildirib.
Tanınmış aparıcı isə bunu sakit qarşılayıb.
Həmin görüntüləri təqdim edirik:


***10:55
Türkiyədə tanınmış aktyor, müğənni və aparıcı, “Babala TV”nin rəhbəri Oğuzhan Uğur saxlanılıb.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, o, “Ahbap” xeyriyyə fondu ilə bağlı aparılan iş çərçivəsində istintaqa cəlb olunub.
Bildirilir ki, onunla birlikdə daha 8 nəfər bu iş istiqaməti üzrə saxlanılıb.
Xatırladaq ki, fondla bağlı iş bir neçə gün əvvəl açılıb və tanınmış türkiyəli müğənni, “Ahbap” xeyriyyə fondunun təsisçisi və rəhbəri Haluk Levent də saxlanılıb. Onun buraya edilən ianələri şəxsi istifadəsi üçün xərclədiyi, böyük miqdarda qumar oynadığı iddia olunur.
Artıq H. Levent barəsində həbs-qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top