
Əfsanəvi braziliyalı hücumçu Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Həmin oyunda Pele iki qol vurub və Braziliyanın ilk dəfə Dünya Kubokunu qazanmasına kömək edib.
Finalda Braziliya turnirin ev sahibi İsveçi 5-2 məğlub edib. Bununla da Pele ilk Dünya Kubokunu qazanıb. Ümumilikdə, o, kuboku üç dəfə başı üzərinə qaldıraraq tarixdə bu uğura imza atan yeganə futbolçu olub.
Pele, həmçinin İsveçə qarşı qol vurmaqla Dünya Kuboku finalında ən gənc qol vuran oyunçu olu. O, bu qolu 17 yaş 249 günlüyündə reallaşdırıb. Bu rekord hələ də onun əlindədir.
Qeyd edək ki, futbol tarixində bir forma üçün ödənilən rekord qiymət 9,3 milyon dollardır. Belə ki, əfsanəvi argentinalı hücumçu Dieqo Maradonanın forması bu məbləğə satılıb. O, bu formanı 2022-ci ildə 1986-cı il Dünya Kubokunun 1/4 finalında İngiltərəyə qarşı iki qol vurduğu oyunda geyinib.
Tətbiqimizi yükləyə bilərsiniz