
İspaniya milli komandasının oyunçuları Lamin Yamal və Pedro Porro ümumi qrup məşqini buraxaraq fərdi proqramla məşq ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilib ki, “Barselona”nın cinah hücumçusu və “Tottenhem”in müdafiəçisi Fransa ilə Dünya Kubokunun yarımfinal oyunundan (2:0) bəri əzələ problemləri yaşayır.
Nəşr yazır ki, risk etməmək üçün onlar məşqlərə fərdi proqram üzrə çıxırlar.
Bildirilir ki, hər iki oyunçu iyulun 19-da Argentinaya qarşı keçiriləcək Dünya Kubokunun finalına hazır olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz