
“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Yeniavaz.com xəbər verir ki, təmsilçimiz İslandiyada, Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda “Vestri”nin qonağı olub.
Bakıdakı ilk matçda rəqibini 3:0 məğlub edən “Köhlən atlar” səfərdə də 3 cavabsız qolla qələbə qazanıb.
Qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurub.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz