Dubay “Reuters”in xəbərini təkzib etdi


Dubay hakimiyyəti “Reuters”in şəhər mərkəzində partlayış səslərinin eşidildiyi barədə xəbərini təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmirliyin hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Dubay hökumətinin mətbuat xidməti “Reuters”in şəhər mərkəzində partlayışlar barədə xəbərinin doğru olmadığını təsdiqləyir”, - bəyanatda deyilir. 
Hakimiyyət orqanları həmçinin ictimaiyyəti və medianı dəqiq məlumat üçün yalnız rəsmi mənbələrə etibar etməyə və şayiələr yaymaqdan çəkinməyə çağırıb.
Qetd edək ki, daha əvvəl “Reuters” şahidlərə istinadən bildirib ki, Dubayın şəhər mərkəzində partlayış səsləri eşidilib.

DİGƏR XƏBƏRLƏR

Top