Akif Çovdarovun səhhəti ilə əlaqədar məhkəmə təxirə salınıb

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarov səhhətinin pis olduğunu deyib və iclasın təxirə salınmasını istəyib. Məhkəmə onun xahişini nəzərə alaraq, iclası yanvarın 30-dək təxirə salıb.

DİGƏR XƏBƏRLƏR

Top