“Max” və VK “Google Play”dən silindi


“Max” messenceri və “VKontakte” sosial şəbəkə tətbiqi “Google Play” tətbiq mağazasından silinib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə VK məlumat yayıb.
Bildirilib ki, “Odnoklassniki” tətbiqi də mövcud deyil.
Şirkət qeyd edib ki, bu tətbiqlər “RuStore”, “Huawei AppGallery”, “Samsung Galaxy Store” və “Xiaomi GetApps” mağazalarından quraşdırıla bilər.
Mövcud tətbiqlər məhdudiyyətsiz işləməyə davam edəcək.
“VKontakte” istifadəçiləri sosial şəbəkənin .com domenindən .ru domeninə keçidi ilə bağlı bildirişlər almağa başlayıblar.
“Bu, hələ də VKontakte-dir, lakin vk.com-dan daha sürətli və daha etibarlıdır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top