“ABŞ bunu etsə, Qırmızı dənizdəki marşrutu bağlayın” – İrandan husilərə göstəriş


İran Yəməndəki husi hərəkatına göstəriş verib ki, ABŞ İslam Respublikasının enerji infrastrukturuna zərbə endirsə, Qırmızı dənizdə neft daşımalarının əsas marşrutunu bağlasınlar.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə tanış olan iki yüksək vəzifəli İran rəsmisi və bir regional mənbənin anonimlik şərti ilə “Reuters”ə bildirdiyinə görə, bu variant İran rəhbərliyi daxilində müzakirə olunub və müvafiq mesaj husi müttəfiqlərinə çatdırılıb.
Mənbələrin sözlərinə görə, husilər Tehranın bu xahişi barədə yaxın vaxtlarda məlumatlandırılıblar. Bu barədə indiyədək ictimaiyyətə məlumat verilməyib.
Mənbələr mesajın hansı formada çatdırıldığını və bunun ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı İranın enerji infrastrukturuna zərbə endirə biləcəyi ilə bağlı hədəsindən əvvəl, yoxsa sonra baş verdiyini açıqlamayıblar.
İran Xarici İşlər Nazirliyi və husi hərəkatının nümayəndəsi hələlik nəşrin müvafiq sorğusuna münasibət bildirməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top