Üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq


ABŞ Zərbxanası üzərində hazırkı Prezident Donald Trampın portretinin əks olunduğu 1 dollarlıq qızıl sikkə buraxmağa hazırlaşır.
Yeniavaz.com
“The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, qızıl sikkə ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə zərb olunacaq.
“Amerika Birləşmiş Ştatları Zərbxanası, Amerikanın müstəqilliyinin 250 illiyi şərəfinə, azadlığın əbədi irsini və vətənpərvərliyin əbədi simvolunu şərəfləndirmək üçün yeni 1 dollarlıq qızıl sikkəni zərb etməyə başlayacaq”, - deyə Bessent sosial şəbəkə səhifəsində bildirib.
Bessentin ictimaiyyətə təqdim etdiyi şəkildə zərb ediləcək yeni sikkənin dizayn detalları da açıqlanıb. Qızıl sikkənin üz tərəfində Trampın portreti ilə yanaşı müstəqilliyin başlanğıcını və 250 illiyini simvolizə edən “1776-2026” tarixləri, eləcə də “Azadlıq” və “Tanrıya inanırıq” yazıları var. Arxa tərəfində ənənəvi Amerika qartalı, “250” rəqəmi və “Bir Dollar” yazısı var.
ABŞ Maliyyə Nazirliyi və ABŞ Zərbxanası sikkələrin neçə ədəd buraxılacağı və nə vaxt satışa çıxarılacağı ilə bağlı “The Wall Street Journal” qəzetinin sorğularına cavab verməyib.

DİGƏR XƏBƏRLƏR

Top