
Ukraynanın Qara və Azov dənizlərində Rusiyanın kölgə donanmasına qarşı hücumları davam edir.
Yeniavaz.com xəbər verir ki, ötən gecə Ukrayna dronları daha 11 Rusiya gəmisinə zərbə endirib.
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin (USF) yaydığı məlumata görə, gün ərzində Rusiyaya məxsus 5 neft tankeri, 1 qaz daşıyan tanker, 3 quru yük gəmisi və 2 yedək gəmisi vurulub.
Qeyd edək ki, ilhaq edilmiş Krımı təcrid etmək məqsədilə həyata keçirilən əməliyyatlar çərçivəsində son 10 gün ərzində 147 Rusiya gəmisi vurulub.
USF ötən gün keçirilən əməliyyatların kadrlarını da yayıb.
Tətbiqimizi yükləyə bilərsiniz