Çin bir ayda 1 milyondan çox avtomobil ixrac etdi – İlk dəfə


Çin ilk dəfə bir ayda 1 milyondan çox avtomobil ixrac edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, iyun ayında Çinin avtomobil ixracı ilk dəfə olaraq 1 milyon ədədi keçib və dünyanın ikinci ən böyük iqtisadiyyatından xaricə göndərilən avtomobillərin ümumi həcmi 27% artıb.
Çinin rəsmi gömrük məlumatları göstərir ki, gözləniləndən daha güclü ticarət rəqəmləri Çini ötən ilki rekord 1 trilyon dollarlıq ticarət profisitinə çatmaq və ya hətta onu ötmək yolunda irəli aparır.
Həmçinin, bu rəqəm Donald Trampın tarif müharibəsinə baxmayaraq əldə edilib.
Nəşr yazır ki, BYD-dən “Jaecoo”ya qədər Çin brendlərinin satışları sürətlə artır və xüsusilə, Avropada tanınmış brendlərin bazar payını azaldır.

DİGƏR XƏBƏRLƏR

Top