Venesuelada ölənlərin sayı 4800-ü keçdi


Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4829 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriges “Telegram” kanalında məlumat yayıb.
O əlavə edib ki, zəlzələ nəticəsində 16 740 nəfər yaralanıb.
Spiker qeyd edib ki, 6 462 nəfər xilas edilib.
Təbii fəlakət 190 binanı tamamilə dağılmasına, daha 856 binaya ciddi ziyan dəymədinə səbəb olub.
Zəlzələ nəticəsində 106 müvəqqəti sığınacaqda 20 857 nəfər yerləşdirilib.
Onun sözlərinə görə, 17 907 nəfər evsiz qalıb.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Bu, son 100 ildə ölkəyə təsir edən ən güclü zəlzələlərdən biri olub. Təbii fəlakətlərin episentrləri Karakasdan təxminən 160 kilometr qərbdə, Karabobo əyalətindəki Moron şəhəri yaxınlığında yerləşib. Zəlzələdən sonrakı günlərdə 1000-dən çox zəlzələ baş verib. Ən çox ziyan sahil əyaləti olan La Quayraya dəyib.

DİGƏR XƏBƏRLƏR

Top