
Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Federasiyasının rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, toplantıda qəbul olunan qərara əsasən, gənclər və idman nazirinin sabiq müavini (2021-2025) Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Mariana Vasileva-Toteva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki “Levski” klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb.
2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.
2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını alıb.
2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva gənclər və idman nazirinin müavini təyin olunub.
16 yanvar 2025-ci ildə isə nazir müavini vəzifəsindən azad edilib.

Tətbiqimizi yükləyə bilərsiniz