Fedorovun istefasından sonra Ukraynada etiraz aksiyaları başladı – Video


Ukraynanın bir sıra şəhərlərində, o cümlədən Kiyev və Xarkovda müdafiə naziri Mixaylo Fedorovun istefasından sonra etiraz aksiyaları başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Visioner” məlumat yayıb.
Qeyd edək ki, 2026-cı il yanvarın 14-də müdafiə naziri təyin olunan Fedorov Prezident Volodimir Zelenskinin başlatdığı genişmiqyaslı hökumət dəyişikliyi çərçivəsində ötən gün – iyulun 15-də vəzifəsini tərk etdiyini təsdiqləyib.
Fedorov cəmi altı ay vəzifədə çalışsa da, bu müddət ərzində Ukraynanın pilotsuz uçuş aparatları imkanlarının modernləşdirilməsi və Müdafiə Nazirliyində bir sıra struktur islahatlarının həyata keçirilməsi ilə tanınıb. Bununla yanaşı, məlumatlara görə, onun fəaliyyəti dövründə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Oleksandr Sırski də daxil olmaqla hərbi rəhbərliklə sistemli fikir ayrılıqları yaşanıb.
Məlumata görə, Prezident Volodimir Zelenski yeni müdafiə naziri vəzifəsinə daxili işlər naziri İqor Klimenkonun namizədliyini irəli sürməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top