
İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampın qara tabutda təsvir olunduğu nəhəng bir plakat quraşdırılıb.
Yenniavaz.com xəbər verir ki, plakatın üzərində “Trampı öldürəcəyik” və “Trampa ölüm” şüarları yazılıb.
Paytaxtın əsas mərkəzi olan İnqilab Meydanında quraşdırılan nəhəng plakatda İranın mərhum lideri Əli Xameneinin İmam Xomeyni məscidindəki mərasimində istifadə edilən qara beton maneələr təsvir olunub.
Beton maneələrin üzərində ictimaiyyət tərəfindən təbaşirlə şüarlar yazılıb. ABŞ Prezidenti Tramp isə plakatda simvolik olaraq qara tabutun içərisində təsvir olunub.




Tətbiqimizi yükləyə bilərsiniz