Zəngəzur dəhlizinin yaradılmasını nəzərdə tutan müqavilə Ermənistanda təsdiqləndi


Ermənistan hökuməti ABŞ-Ermənistan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə “Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, indi bu layihə prosedurlara uyğun olaraq Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.
Əgər Konstitusiya Məhkəməsi beynəlxalq müqavilədə təsbit olunmuş öhdəliklərin Konstitusiyaya uyğun olduğuna qərar verərsə, hökumətin qanunvericilik təşəbbüsü müəyyən edilmiş qaydada təsdiq üçün parlamentə təqdim ediləcək.
Saziş Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi üzərindən birləşdirəcək nəqliyyat marşrutunun (Zəngəzur dəhlizi) yaradılmasını nəzərdə tutur.
Qanunvericilik təşəbbüsünün müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistanın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarını inkişaf etdirməyi, nəqliyyat infrastrukturunu, qlobal və regional ticarəti inkişaf etdirməyi, eləcə də regionda bərqərar olmuş sülhü möhkəmləndirməyi hədəfləklərini bildirib.
O əlavə edib ki, layihə ABŞ və Ermənistanın Ermənistanın müxtəlif yerlərində fərdi layihələr həyata keçirmək üçün müxtəlif tərəfdaşları cəlb edə biləcək bir şirkət yaratmasını əhatə edir.
“Layihənin 49 illik icra müddəti bitdikdən sonra tərəflər onu eyni müddətə uzada biləcəklər. Bu halda, Ermənistanın şirkətdəki payı 26%-dən 49%-ə qədər artacaq”, - Mirzoyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top