“Qalatasaray”da İkardi dövrü başa çatdı


Türkiyənin “Qalatasaray” klubu hücumçu Mauro İkardinin komandadan ayrıldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, İkardinın klubla müqaviləsi başa çatıb.
“Əziz Mauro, bu gün ayrılıqdan deyil, bizə qoyub getdiyin mirasdan danışırıq. Artıq “Qalatasaray” formasını geyinməməyin qəlbimizdəki yerini dəyişməyəcək. Çünki bütün bu illər ərzində hər bir “Qalatasaray” azarkeşinin qəlbini fəth etdin. Vurduğun qollardan, qazandığın rekordlardan və qaldırdığın kuboklardan əlavə sən “Qalatasaray” ehtirasını yaşadın və milyonlarla insanın da bunu yaşamasına səbəb oldun. Sən artıq adını klub tarixinə qızıl hərflərlə həkk edən biri deyil, “Qalatasaray”ın unudulmaz əfsanələri arasında əbədi yaşayacaq birisən. Bir nəsil “Qalatasaray” azarkeşi yetişdirən sevimli kapitan, bu gün uşaqların “Mən “Qalatasaray” azarkeşiyəm” deməkdən qürur duymalarında sənin böyük payın var. Bütün “Qalatasaray” azarkeşləri bilir... Belə bir eşq unudulmaz”, - klubun dərc etdiyi vida videosunda deyilir.
Qeyd edək ki, 33 yaşlı argentinalı futbolçunun Türkiyə klubu ilə müqaviləsi iyulun 1-də başa çatıb və bununla da İkardi azad agent kimi klubdan ayrılıb.
İkardi 2023-cü ildə “Qalatasaray”a keçib və dördqat Türkiyə çempionu, Türkiyə Kubokunun qalibi və Türkiyə Super Kubokunun qalibi olub.
Klubun heyətində 134 oyunda İkardi 77 qol vurub və 25 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top