
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, zəhərlənmə rayonun Keçili kəndindəki “Narın Qala” restoranında qeydə alınıb.
Onların məclisdə yedikləri salatdan zəhərləndiyi ehtimal olunur.
TƏBİB-dən bildirilib ki, ötən gün saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb”.
Sözügedən şəxslər bunlardır:
- Mədinə İsmayılova (1995);
- Sevil Cəlilova (1994);
- Gülbəniz Cəlilova (1973);
- Leyla Qurbanova (2007);
- Rüfət Qurbanov (1999);
- Türə Daşdəmirova (1999);
- Famil İsgəndərov (1994);
- A. A. (2015);
- Rüxsarə İsgəndərova (1967);
- Fatimə İsgəndərova (1999);
- Rasim Şirininov (1999).
Faktla bağlı araşdırma başlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz