Yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı – Video


Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyəti dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, keçirilən yoxlama zamanı sözügedən obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Həmin istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top