
Dünya çempionatında 1/2 final mərhələsinin növbəti oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da İngiltərə və Argentina milliləri arasında start götürüb.
Görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı İngiltərə açıb. 55-ci dəqiqədə Entoni Qordon fərqlənib. Argentina isə cavab qolunu yalnız yarım saat sonra – 85-ci dəqiqədə vurub. Enzo Fernandes Lionel Messinin ötürməsini qola çevirib. 7 dəqiqə sonra isə (90+2) yenə Messinin ötürməsində Lautaro Martines fərqlənib.
Bununla da Argentina millisi dünya çempionatında finala vəsiqəni təmin edib. Onların rəqibi Fransa üzərində inamlı qələbə qazanan (2:0) İspaniya millisidir.
Final iyulun 19-da baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz