Ukraynanın müdafiə naziri vəzifəsindən istefa verəcək


Ukraynanın müdafiə naziri Mixaylo Fedorov vəzifəsindən istefa verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ali Radanın deputatları Olqa Vasilevska-Smaqlyuk və Yaroslav Jeleznyak məlumat yayıblar.
Onların sözlərinə görə, İqor Klimenkoya müdafiə naziri vəzifəsi təklif olunacaq.
Fedorovun istefası hələ rəsmi olaraq elan edilməyib, lakin o, sosial mediada bunu təsdiqləyərək yazıb: “Ukrayna xalqına müdafiə naziri kimi xidmət etmək böyük şərəf idi””.
RBC-Ukrayna”nın mənbəsi bildirib ki, Ukrayna prezidenti “Xalqın Xidmətçisi” deputatları ilə görüşdə Fedrovun vəzifədən alınmasının iki səbəbini göstərib: Baş Komandan Oleksandr Sırski ilə müharibəyə fərqli baxış və Baş Qərargahla dövlət satınalmalarının əlaqələndirilməməsi.
Qeyd edək ki, iyulun 14-ü Ali Rada Baş nazir Yuliya Svırıdenkonun istefasını qəbul edib. Yeni kabinetin 16 iyul cümə axşamı günü açıqlanması gözlənilir.
Xatırladaq ki, Mixaylo Fedorov 2026-cı ilin yanvar ayında müdafiə naziri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top