
Kiyevdə keçirilən 5-ci “Ukrayna – Cənub-Şərqi Avropa” Sammitinin iştirakçıları Moskvanı müharibəni dərhal dayandırmağa çağırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə sammitin yekun bəyannaməsində bildirilib.
“Biz Rusiyanın Kiyev və Ukraynanın digər bölgələrinə qarşı intensivləşən müntəzəm kütləvi hücumlarını qətiyyətlə pisləyirik. Bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - bəyannamədə deyilir.
Sammit iştirakçıları Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin prioritet olduğunu vurğulayıblar:
“Bunun üçün müvafiq hava hücumundan müdafiə sistemləri və ballistik raketlərin qarşısını almaq üçün istifadə olunan raketlərin tədarükü artırılmalıdlr”.
Qeyd edək ki, bu gün Kiyevdə baş tutan sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Rumıniya Prezidenti Nikuşor Dan, Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqro Prezidenti Yakov Milatoviç, Serbiya Prezidenti Aleksandr Vuçiç və Albaniya Prezidenti Bayram Beqay iştirak edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz