Rusiyanın ən böyük neftayırma zavodlarından biri fəaliyyətini dayandırdı

ukrayna “qazprom”a məxsus müəssisəni vurdu – video
Rusiyanın “Qazprom Neftexim Salavat” neft emalı zavodu Ukrayna dronlarının hücumundan sonra fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” iki sənaye mənbəyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu kompleks Rusiyada ən böyük komplekslərdən biridir.
Agentliyin mənbələri iddia edir ki, iki əsas neft emalı qurğusu zədələnmə səbəbindən dayandırılıb: gündə 17.140 ton tutumlu ELOU-AVT-6 və 11.430 ton tutumlu ELOU-AVT-4 (qaz kondensatını emal edir).
Bir neçə ikinci dərəcəli qurğu və digər avadanlıqlar da zədələnib. Mənbələrə görə, təmir bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Şirkətin mətbuat xidməti “Reuters”in şərh istəyinə cavab verməyib.
“Qazprom Neftexim Salavat”a hücum 14 iyul gecəsi baş verib. Başqırdıstan qubernatoru Radiy Xabirov əsas qurğuların zədələnmədiyini iddia edib. O, neft emalı zavodunun bir neçə gün ərzində fəaliyyətini tam bərpa edəcəyini təxmin edib. “Qazprom Neftexim Salavat” benzin, dizel yanacağı, kerosin və digər neft məhsulları istehsal edir. “Reuters” agentliyinin məlumatına görə, şirkət 2024-cü ildə Rusiyanın ümumi neft emalı həcminin 2,7%-ni emal edib.

DİGƏR XƏBƏRLƏR

Top