“Volkswagen” 50 min iş yerini ixtisar edəcək


“Volkswagen” şirkətinin baş direktoru Oliver Blume qlobal iş yerlərinin 50.000-ə qədər ixtisar ediləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, DW məlumat yayıb. 
Bildirilib ki, bu rəqəm inzibati, infrastruktur və əsas əməliyyatlar üçün xərcləri rəqabət səviyyələrinə endirmək planı ilə əlaqədardır.
“Volkswagen” şirkətinin baş direktorunun yaydığı məktubda həmçinin qeyd olunur ki, VW-nin ümumi xərcləri seqmentdəki digər şirkətlərin xərclərinə nisbətən 20% yüksəkdir. Şirkət həmçinin sahib olduğu digər markalarda iş yerlərini ixtisar etmək niyyətindədir. “Der Spiegel” jurnalına görə, bunların əksəriyyəti Almaniyada yerləşir. Qeyd edilib ki, bu məqsədə 2026-cı ilin sonuna qədər yarıdan çoxuna nail olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top