Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı


Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

DİGƏR XƏBƏRLƏR

Top